Ruhanidən İranın taleyi ilə bağlı QORXUNC AÇIQLAMA

Ruhanidən İranın taleyi ilə bağlı QORXUNC AÇIQLAMAbackend

Statistikalara görə, İran xalqının yeni tip koronavirus pandemiyasına qarşı görülən tədbirlərə riayət etmə səviyyəsi 82 faizdən 62 faizə enib.

Busaat.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Koronavirusla Mübarizə Qərargahının toplantısından sonrakı çıxışında deyib.

“Səhiyyə Nazirliyi tərəfindən narahatlıq doğuran statistikalar açıqlanıb. Bu durum xeyli təşviş yaradır. Bu səbəbdən böyük problemlərlə qarşı-qarşıya qalacağıq. Daha əvvəl infeksiyaya yoluxanlar yenidən xəstələnə bilər. Xalq bu qaydalarla yaşamağı öyrənməlidir. Peyvənd tapılsa belə, yeni həyat tərzinə davam edib tədbirli olmaq lazımdır”, – Ruhani qeyd edib.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin rəsmisi İrəç Hərirçi ötən gün verdiyi açıqlamada bütün ölkənin “qırmızı bölgə” kateqoriyasında olduğunu açıqlamışdı.

İranda koronavirusa yoluxma sayı 419 min 43-ə, ölüm sayı isə 24 min 118-ə çatıb.

.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90