Rus hərbçilər Qarabağda mina təmizləməyə davam edirlər – Video

Rus hərbçilər Qarabağda mina təmizləməyə davam edirlər – Videobackend

Rus mühəndis bölmələrinin hərbi qulluqçuları Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət sahələrində mühəndis kəşfiyyatı və mina təmizlənməsi işlərini davam etdirirlər.

Busaat.az  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib. Bildirilib ki, Rusiya mühəndislik bölmələri sülhməramlı müşahidə postları ilə ümumi istifadə yolları arasındakı marşrutlarda mühəndis kəşfiyyatı və minalardan təmizlənmə ilə məşğul olur, yaşayış məntəqələri və yaşayış məntəqələrinin sosial infrastrukturu ərazilərində baxış aparır və əraziləri minalardan təmizləyir.

Kəşf edilmiş döyüş sursatları və partlayıcı maddələr tullantı poliqona aparılır və partladılaraq zərərsizləşdirilir. Tullantı poliqonuna köçürülə bilməyən döyüş sursatları təhlükəsizlik təmin edildikdən sonra yerindəcə məhv edilir.

Qeyd olunub ki, partlayıcı əşyaların aşkarlanması istiqamətində ərazinin araşdırılması üzrə işlərin mərhələlərindən biri Rusiya sülhməramlılarının xidməti üçün stasionar postların tikiləcəyi mövqelərin öyrənilməsidir.

Minalardan təmizlənməyə qatılan hərbi qulluqçular müasir qoruyucu kostyumlarla və partlayıcı obyektlərin axtarışı üçün müasir vasitələrlə – IMP-S2 və INVU-3M mina detektorları ilə təchiz olunublar.

Qeyd edək ki, “RİA Novosti” öz Telegram-kanalında mina təmizləmə əməliyyatından daha bir video paylaşıb.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90