Rus pilot Pentaqonun rəsmi UNO videosu haqda danışdı – VİDEObackend

“Hərbi təyyarələrin kamera obyektivinə düşən “uçan naməlum obyektlər” (UNO) atmosfer hadisələri və ya optik illüziya ola bilər. Bu üzdən videoqeyddə tez-tez təhriflər görünür və UNO-lar pilotun gördüyü kimi görünmür”.

Busaat.az xəbər verir ki, bunu Rusiya Federasiyasının əməkdar hərbi pilotu Vladimir Popov deyib.

Dünən Pentaqon ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmi olaraq naməlum obyekt kimi xarakterizə etdiyi hava hadisələrinin qeydə alındığı videoları yayımlayıb.

Videoların 2004 və 2015-ci illərdə hərbi təyyarələrin pilotları tərəfindən çəkildiyi bildirilir./Qaynarinfo/