Rus qoşunları Azərbaycan-Ermənistan sərhədində: “102-ci hərbi bazanın genişləndirilməsi…” – Sabiq dövlət müşaviri

image-37587-1572003089backend

“Paşinyan başda olmaqla ermənilər 44 günlük müharibədə dağıdılmış texnikasını, hərbi ləvazimatını bərpa etmək üçün bu cür variantlardan istifadə edirlər”.

Bunu Ermənistanın Baş naziri vəzifələrini icra edən Nikol Paşinyanın rus hərbi bazalarının genişləndirilməsi məqsədilə Rusiyaya nümayəndə heyəti göndərməsinə münasibət bildirən keçmiş dövlət müşaviri Qabil Hüseynli Busaat.az-a açıqlamasında deyib.image-459812_3i8wqoox3p

 

Qabil Hüseynli hərbi bazanın genişləndiriləcəyi təqdirdə rus qoşunlarının Azərbaycanla sərhəddə dislokasiya edəcəklərini qeyd edib:

“Paşinyan Gümrüdəki 102-ci rus hərbi bazasının bir hissəsini Zəngəzurda, özü də Azərbaycanla sərhəd bölgəsinə yerləşdirmək istəyir. Artıq orada müəyyən işlər görülüb, başa çatdırılıb. Yəni 102-ci hərbi baza iki yerdə – həm Gümrüdə, həm də Zəngəzurda dislokasiya edəcək. Amma bunun üçün əlavə şəxsi heyət, əlavə hərbi ləvazimat və maliyyə məsələlərini Moskva yerinə yetirməlidir. Zənnimcə, Paşinyan başda olmaqla ermənilər 44 günlük müharibədə dağıdılmış texnikasını, hərbi ləvazimatını bərpa etmək üçün bu cür variantlardan istifadə edirlər”.

Emin

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90