Aİ-də yeni sanksiyalar qəbul ediləcəyi təqdirdə Rusiya onlara hazırdır və cavab tədbirlərinin tətbiqi zərurətini nəzərə alacaq.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
“Əgər hər hansı əlavə məhdudlaşdırıcı tədbirlər görülərsə, Rusiya buna hazırdır və bu sanksiyaları neytrallaşdırmaq üçün atacağı addımları ölçüb-biçəcək”, – Qruşko deyib.
Diplomat qeyd edib ki, Avropa İttifaqı Rusiyaya qarşı daim yeni sanksiyalar axtarır, lakin əvvəlki təcrübə onların səmərəsizliyini göstərir.
Pəri Əlizadə,
Busaat.az