Rusiya daha bir ölkə ilə uçuşları bərpa edir

Rusiya daha bir ölkə ilə uçuşları bərpa edirbackend

Rusiya daha bir ölkə ilə uçuşları bərpa edir.

Busaat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu gündən etibarən Moskva və Misirin paytaxtı Qahirə arasında aviareyslər həyata keçiriləcək.

“EgyptAir” isə sentyabrın 17-dən Qahirə və Moskva arasında uçuşlara başlayacaq.

Qeyd edək ki, Rusiya koronavirus pandemiyası səbəbindən martın 27-dən beynəlxalq uçuşları dayandırıb. Avqustun 1-dən isə Türkiyənin Ankara, İstanbul şəhərləri, Böyük Britaniya ilə, avqustun 10-dan Antalya, Bodrum və Dalaman şəhərləri, avqustun 15-dən İsveçrə ilə aviareyslər bərpa olunub.  Sentyabrın 10-dam Maldiv adalarına, sentyabrın 11-dən isə Birləşmiş Ərəb Əmirliklərinə uçuşlar planlaşdırılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90