“Rusiya-Ermənistan birliyi möhkəm deyil” – Samir Əliyev

“Rusiya-Ermənistan birliyi möhkəm deyil” – Samir Əliyevbackend

 

“Rusiya ilə Ermənistan dostluğu Azərbaycanla Türkiyə dostluğu qədər möhkəm ola bilməz”.

Busaat.az xəbər verir ki, bunu Rusiya-Ermənistan münasibətlərini təhlil edən iqtisadçı Samir Əliyev bildirib.

İqtisadçının fikrincə, Rusiya ilə Ermənistanı ancaq dövlət maraqları bağlayır:

“Dini amil olsaydı, Rusiya Gürcüstanla da dost olardı. Milli amil olsaydı, Rusiya Ukrayna ilə düşmən olmazdı. Deməli, Rusiya-Ermənistan birliyi möhkəm deyil və o, konkret marağa söykənir. Bu barədə düşünmək lazımdır. Rusiya TV-lərini izləyirəm. Tərəfkeşlik var, amma güclü ekspert qarşısında dərinə gedə bilmirlər. Rusiya jurnalisti və televiziya aparıcısı Vladimir Solovyovu unudun getsin, şoumendir. Sırf kütləyə işləyir. Amma “60 minut” verilişi ilə bağlı iradları qəbul etmirəm. Ər-arvad olan aparıcılar maksimum dərəcədə balansı qoruyurlar. Rusiya kanallarını ekspertlə təmin etmək lazımdır.

Prezidentin Rusiya efirində aktivliyi və onun fonunda Paşinyanın arqumentsizliyi bizim mövqeyimizi xeyli gücləndirib. Bizi müdafiə edən rus ekspertlər də var. Onlarla və digərləri ilə işləmək lazımdır. Son günlərə qədər Rusiya kanallarında balans mümkün qədər qorunurdu. Ən azı xəbərlər birtərəfli verilmir. Hər iki tərəf işıqlandırılır. Problem ancaq tok-şoulardadır. Rusiyanın əsas narahatçılığı Türkiyənin onu Cənubi Qafqazdan sıxışdırıb çıxartmaq qorxusudur. Ermənilər də siyasəti bunun üzərində qururlar. “Rusiya ermənilərin dostudur” fikrini kənara qoymaq lazımdır. Bu dünyada daimi dost yox, daimi maraqlar var. Rusiya cəmiyyəti ilə, mətbuatı ilə işləmək lazımdır. Unutmayaq ki, 2 milyon soydaşımız da hər gün TV kanallarında həvəslə bizim mövqeyləri izləyirlər”.

Gülay

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90