Rusiya “Orion” dronunun şok versiyasını ilk dəfə təqdim etdi

Rusiya “Orion” dronunun şok versiyasını ilk dəfə təqdim etdibackend

Rusiya Müdafiə Nazirliyi ilk dəfə “Orion” dronunun şok versiyasını rəsmi şəkildə nümayiş etdirib.

Busaat.az xəbər verir ki, dron 2021-ci il təqvimində yer alıb.

“Orion” mexanizmi uzun uçuş müddəti olan orta hündürlüklü nəqliyyat vasitələri sinfinə aiddir. Aparat 24 saat havada qala və 8 km hündürlükdən uça bilir. 1100 kq çəkiyə sahib PUA 250 kq sursat daşımaq potensialına malikdir.

Layihə 2011-ci ildə Müdafiə Nazirliyinin əmri ilə başlanıb. Onun ilk prototipi 2015-ci ildə hazırlanıb və sınaqlara başlanıb. MAKS-2017 hava şousunda ixrac versiyası təqdim edilib.

Müdafiə Nazirliyi ilə “Kronstadt” şirkəti arasında “Orion” pilotsuz təyyarələrinin tədarükü üçün ilk sazişin imzalanması “Ordu-2020” forumunda məlum olub. Pilotsuz kompleksin ilk dəsti 2020-ci ilin aprelində eksperimental hərbi əməliyyata verilib.

Qeyd edək ki, Qarabağdakı hərbi əməliyyatlarda pilotsuz uçuş aparatlarının göstərdiyi qabiliyyət bütün dünyanın diqqətini həm əməliyyatlara, həm də PUA-ların gələcəyinə cəlb edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90