Rusiya səfirliyi Gəncədə həlak olan Arturla bağlı MƏLUMAT YAYDI

Rusiya səfirliyi Gəncədə həlak olan Arturla bağlı MƏLUMAT YAYDIbackend

Rusiyanın Azərbaycandakı səfirliyi Gəncənin yaşayış məntəqələrinin “SCUD” tipli raketlərdən atəşə tutulması nəticəsində ağır yaralanmış və bu gün vəfat etmiş Rusiya Federasiyası vətəndaşı, 2007-ci il təvəllüdlü Mayakov Artur Vasilyeviçlə bağlı məlumat yayıb.

Busaat.az  xəbər verir ki, səfirliyin tvitter hesabında yayılan məlumatda bildirilir:

“24 oktyabrda Gəncə şəhərindəki bir xəstəxanada 2007-ci il təvəllüdlü Rusiya vətəndaşı Artur Vasilyeviç Mayakov, 17 oktyabrda raket hücumu nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib. Səfirlik mərhumun ailəsi və dostları ilə əlaqə saxlayır və onlara dərin hüznlə başsağlığı verir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90