Rusiya Zəngəzur dəhlizinin açılmasından İMTİNA EDİR? – Abdullah Ağar

image-abdullah_aarbackend

“Hazırda Zəngəzur dəhlizi ilə bağlı bəzi narazılıqlar var. Bunu açıq-aydın görürük. Amma digər tərəfdən də Zəngəzur dəhlizi məsələsi atəşkəs müqaviləsinin (10 noyabr) ən önəmli maddələrindən biridir”.

Bunu Milli.Az-a açıqlamasında türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

O bildirib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Rusiyanın da planlarına uyğundur:

“Zəngəzur dəhlizi açılacaq. Amma indiyə qədər bununla bağlı bir irəliləyiş müşahidə etmirik. Prezident İlham Əliyev bu məsələyə o qədər böyük əhəmiyyət verir ki, dedisə, Zəngəzur dəhlizi məsələsi reallaşmalıdır. Əgər dəhliz açılmazsa, biz bunu zorla edə bilərik. Bunun hər birimiz üçün xüsusi bir mənası var. Bilirik ki, Zəngəzur dəhlizinin keçəcəyi ərazi əslində Azərbaycan torpağıdır. Amma çar Rusiyasının keçmişdə həyata keçirdiyi siyasət və strategiya, oğrafiyalardakı demoqrafik oyunlar bu işin bu yerə gəlməsinə səbəb oldu. Bu nöqteyi nəzərdən Zəngəzur dəhlizi məsələsinin həll edilməsini Türkiyə də, Azərbaycan da istəyir. Digər yandan Zəngəzur dəhlizi istifadəyə verilməsi Rusiyanın da planlarına uyğundur. Yəni bu dəhliz sadəcə Naxçıvanla Qarabağ, Türkiyə ilə Azərbaycan arasındakı bir yol deyil, bu, eyni zamanda şərqlə qərbi bir-birinə bağlayan çox önəmli bir körpüdür. Həm Rusiyanın strateji mənfəətləri üçün önəmli, həm də bir yol nöqteyi nəzərdən önəmlidir. Yəni Rusiya Zəngəzur dəhlizinin açılmasına razı olarkən necə gəldi qərar vermədi, öz mənfəətlərinə yaradığı üçün qəbul etdi, bunu istədi. Ancaq belə bir şey ola bilər, geridə qalan aylar ərzində hansısa bir qərar dəyişikliyi ola bilər. Yəni hansısa qüvvələr Rusiyanın beynini doldurmuş, fikrindən daşındırmış ola bilər. Çünkü dəhliz geosiyasi bir önəm daşıdığı üçün, Türkiyə ilə Azərbaycan arasında magistral və dəmiryolu xəttinin qurulmasını əngəlləmək məqsədi ilə edilə bilər.

Onsuzda I Qarabağ müharibəsinin başlanılmasının əsas səbəblərindən biri də bu idi. Yəni, Türkiyə ilə Azərbaycan arasındakı əlaqəni kəsmək və Azərbaycanı təkləyib əzmək üçün qurulan oyunun bir parçası idi. Bu səbəbdən də Zəngəzur dəhlizinin açılması Türkiyə, Azərbaycan, Türk Dünyası və insanlıq, gələcək geosiyasi proseslərin nizamlanması baxımından çox əhəmiyyət kəsb edir. Və bu dəhlizin üzərində böyük oyunların oynanıldığını düşünürəm. Yəni bu, sadəcə Rusiyanın işləri deyil. Ermənistanın eks prezidenti Robert Köçəryanın televiziyaya verdiyi müsahibə zamanı söylədiyi “Rusiya olmasa Azərbaycan Zəngəzur dəhlizini açacaqdı” fikirlər manipulyasiyadan başqa bir şey deyil. O, planlarına uyğun olaraq məqsədlərinə çatmaq üçün manipulyativ xcümlələrdən istifadə edirlər. Bununla da Ermənistanın bir müstəqil dövlət kimi davrana bilmədiyinin növbəti dəfə şahidi oluruq.

Rusiya bu dəhlizlə həm öz strateji imkanlarını artırmaq üçün, həm Hind okeanı başda olmaqla o yerlərdəki böyük şəhərlərə çatmaq üçün, həm də müxtəlif bölgələrdə vəzifələrini yerinə yetirən hərbi birləşmələrini dəstəkləmək, onlarla magistral və dəmiryolu vasitəsi ilə əlaqə yaratmaq üçün istifadə etmək niyyətindədirlər. Rusiyanın məqsədi budur. Amma indi Rusiyanın fikirlərini qarışdıran qüvvələr ola bilər. Bununla eyni zamanda Türk Dünyası ilə Rusiya arasındakı münasibətlərə də çox böyük zərər verə bilər. Beləcə Rusiyaya qarşı güvənsizlik yaradacaq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90