Rusiyanın Rostov vilayətinin Krasnosulinsky rayonunda meşə yanğınları başlayıb.
Busaat.az TASS-a istinadla xəbər verir ki, yanğın təxminən 170 hektar ərazini əhatə edib. 4 hektar ərazidə yanğın lokallaşdırılıb.
Yanğının yayılma təhlükəsi üzündən yaxın ərazilərdən ümumilikdə 340 nəfər təxliyyə edilib.
Hadisə ərazisinə yaxən olan kənddə 11 yaşayış evi daxil olmaqla 26 bina yanıb. 1935-ci il təvəllüdlü qadın yanaraq ölüb.
Söndürmə işlərinə 406 nəfər canlı qüvvə və 120 texnika cəlb olunub.
Rusiya Fövqəladə Hallar Nazirliyinə məxsus bir ədəd “Be-200” təyyarəsi, “Mi-8” helekopteri, həmçinin Rusiya Müdafiə Nazirliyinə məxsus bir ədəd “Mi-8” helikopteri söndürülmə işlərinə cəlb edilib.