Rusiyada küçələrə 500 şirin buraxılması xəbəri yalan çıxdı

Rusiyada küçələrə 500 şirin buraxılması xəbəri yalan çıxdıbackend

Sosial şəbəkələrdə Rusiya Prezidenti Vladimr Putinin göstərişi ilə küçələrə 500 şir buraxıldığını iddia edən xəbər başlığı ilə fotoşəkil yayılıb.

Busaat.az “Nat-geo.ru”ya istinadən xəbər verir ki, küçədə gəzən bir şirin əks olunduğu şəkil “Putin insanların evlərində qalması üçün küçələrə 500 şir buraxıb” başlığı ilə paylaşılıb. İngiltərəli milyarder Alan Şuqarın da bu xəbəri paylaşması şaiyəninin bir az da geniş vüsat almasına səbəb olub.

Daha sonra bu paylaşımların həqiqəti əks etdirmədiyi ortaya çıxıb. Fotoşəklin 2016-cı ildə Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində film çəkilişləri zamanı lentə alındığı məlum olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90