Rusiyada məktəbdə öskürdüyü üçün şagird partasıyla birgə sinifdən çıxarılıb

Rusiyada məktəbdə öskürdüyü üçün şagird partasıyla birgə sinifdən çıxarılıbbackend

Rusiyanın Kareliya Respublikasında şagird dərs zamanı öskürdüyü üçün məktəb rəhbərliyi onu partası ilə birlikdə sinifdən çıxarıb.

Busaat.az xəbər verir ki, bu barədə şagirdin valideyni “VKontakte” sosial şəbəkəsindəki “Petrozavodsk və Kareliya Valideynləri” ictimai qrupunda məlumat yayıb.

O, dəlil olaraq oğlunun sinifdən çıxarıldıqdan sonra çəkdirdiyi fotoları səsyazmaya əlavə edib.

Qadın məsələnin sonlandığını və “mübahisənin faydasız olduğunu” söyləyərək məktəbin nömrəsini qeyd etməyib və uşağı başqa bir məktəbə köçürdüyünü bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90