Rusiyanın Azərbaycanda vəzifəli kadrları da ya ölüdür, ya da istefadadır – Aqil Ələsgər yazır…
“Kurtlar Vadisi”nin məşhur səhnələrindən birində necə deyirdi: “Həyatına şahidlik edən hər kəs ölü”.
İndi də belə çıxır ki, Rusiyanın Azərbaycanda vəzifəli kadrları da ya ölüdür, ya da istefadadır.
Təbii ki, Rusiya Ramiz Mehdiyev zamanındakı qədər güclü deyil. Nə Azərbaycanda, nə də dünyada. Ukrayna bataqlığı rus ayısının pəncələrini elə kəsib ki, istəsə də əvvəlki gücündə ola bilmir. Ancaq bu o demək deyil ki, Ramiz Mehdiyev ya da bir başqasının vəzifədən azad olunmasıyla Rusiya Azərbaycanla bağlı maraqlarını qətdələyib rəfə qoyub, kadrları ilə bağını qoparıb.
Bu gün ola bilsin ki, bəzi hücrələri “yuxu” moduna keçib, ancaq bu Rusiyanın üç əsrdən bəri arxa baxçası saydığı Azərbaycandan əl çəkdiyi, içəridə heç bir vəzifəli kadrının qalmadığı anlamına gəlməməlidir.
Bu bir zamanlar övladlarını “türk liseyi” adı altında FETÖ məktəblərində oxutma yarışına girən məmurların sonradan bu terror təşkilatı ilə əlaqələri heç bir zada qulp olmayan müxalifətdə axtarmasına bənzəyir.
Qısacası, barı Yaqub Eyyubovun da adın yazaydınız…
Aqil Ələsgər
Yeni Cag Media qrupunun rəhbəri
Loading...