Rüstəm Orucov bürünc medal qazandı

image-cudo-1backend

Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.

Busaat.az xəbər verir ki, bu gün Azərbaycanın daha üç idmançısı – Rüstəm Orucov, Murad Fətiyev və Hidayət Heydərov mübarizəyə başlayıb.

Kişilər
73 kq

Rüstəm Orucov 1/16 finalda Martin Hojaka (Sloveniya) qalib gəlib. Daha sonra rusiyalı Oleq babgoevi üstələyən Orucov yarımfinala yüksəlmək üçün erməni Karapetyanı məğlub etməlidi.

Orucov erməni idmançıya ipponla məğlub oldu.

81 kq

Murad Fətiyev 1/32 finalda Nikolas Çiları (Fransa) mübarizədən kənarlaşdırsa da, növbəti görüşündə Vladimir Zoloevlə bacarmayıb.

Hidayət Heydərov isə ilk görüşündə Gilyerme Şmidtə (Braziliya) uduzub.

***

Rüstəm Orucov (73 kq) üçüncü yer uğrunda qarşılaşmada yerli idmançı Obidxon Nomonovu məğlub edərək bürünc medal qazanıb.

Qeyd edək ki, martın 7-dək davam edəcək turnirə Azərbaycan 12 cüdoçu ilə qatılıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90