Şıxovda istirahət mərkəzində karantini pozanlar saxlanıldı – FOTObackend

Paytaxtın Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şossesində xüsusi karantin rejim qaydalarına əməl etməyən sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan istirahət mərkəzinin fəaliyyət göstərməsi aşkarlanıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən Busaat.az-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyulun 5-də istirahət mərkəzinin inzibatçıları və müştəriləri 41-ci Polis Bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.

Onlarla profilaktik və izahedici söhbətlərdə diqqətə çatdırılıb ki, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar.