“S-400”ün digər ölkələrə satılması gündəmdə deyil”

“S-400”ün digər ölkələrə satılması gündəmdə deyil”backend

“1982-ci ildən bəri Türkiyədə hava müdafiə məsələsi var. Son “S-400” ilə nöqtə qoyuldu. Kriteriyalarımız, texnologiya transferimiz, birgə istehsalımız var. Kriteriyalar təyin edildi və bu çərçivədə alış-veriş edildi. Artıq bazar olmayacağımızı dedik. Şəffaf şəkildə bitdi, heç bir şey gizlədilmədi. Türkiyə hamıya “bəli” deyən bir ölkə deyil. Bizim qürurumuz var”.

Busaat.az xəbər verir ki, bu sözləri Türkiyə müdafiə naziri Hulusi Akar KİV-ə açıqlamasında bildirib. O, “S-400” hava müdafiə raketlərini ölkəni qorumaq üçün aldıqlarını bəyan edib:

“Mövcud vəziyyətdə ölkə və millətimizin hava və raketdən müdafiəsi üçün aldıq, proses davam edir. “S-400”ün digər ölkələrə satılması gündəmdə deyil”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90