Sabah Brüsseldə İlham Əliyevlə NATO Baş katibi arasında görüş olacaq

image-ea39aa6d-5df7-33e8-8d86-8dcb89d90fd4_850backend

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-ü Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı NATO-nun rəsmi saytı yayıb.

İlham Əliyev və Yens Stoltenberq görüşdən sonra NATO-nun Baş Qərargahında mətbuat konfransı keçirəcəklər.

Məlumata əsasən, İlham Əliyev Brüsseldə Şimali Atlantika Şurasının iclasında da iştirak edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki