“Sabah Rusiya heyəti ilə detallar haqqında danışacağıq” – Çavuşoğlu

“Sabah Rusiya heyəti ilə detallar haqqında danışacağıq” – Çavuşoğlubackend

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda mətbuat konfransı keçirib.

Busaat.az  xəbər verir ki, Azərbaycanın Ordusunun Qarabağdakı qələbəsi ilə bağlı açıqlama verən Çavuşoğlu Azərbaycanı bir daha təbrik edib.

“Qəhrəman Azərbaycan Ordusunu təbrik edirəm. Atəşkəsi pozan Ermənistan idi. Biz Azərbaycanın yanında olacağıq. Vacib olan atılacaq növbəti addımlardır”,- deyə Türkiyə XİN rəhbəri qeyd edib.

Rusiyanın razılaşmada oynadığı rola əhəmiyyət verdiklərini söyləyən Çavuşoğlu, “Rusiyadan gələn heyətlə sabah detallar haqqında danışacağıq”- deyə qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90