Full Reklam (Busaat)

Koronavirusun onlayn statistikası

Sabahdan Bakı-Naxçıvan reysi üzrə uçuşlar bərpa olunur – Yeni qaydalarbackend

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, sabahdan Bakı-Naxçıvan reysi üzrə uçuşlar bərpa ediləcək.

Qərara görə, uçuşlar xüsusi qaydalarla həyata keçiriləcək.

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev Trend-ə açıqlamasında bildirib ki, iyunun 18-də saat 12:00-da Bakı-Naxçıvan istiqamətində ilk uçuş olacaq: “Həmin gün saat 15:00-da ikinci uçuş baş tutacaq. Bakı-Naxçıvan-Bakı reysini həyata keçirəcək təyyarələrin maksimal sərnişin tutumu 106 yerlik olsa da uçuşlar zamanı 100 yer satışa çıxarılacaq. Çünki bu gün təsdiq edilmiş yeni qaydalara uyğun olaraq əgər uçuş zamanı hansısa sərnişində xəstəlik simptomu aşkarlanarsa, həmin sərnişin təyyarənin arxa sıralarında ayrılmış zonada yerləşdirilməlidir. Həmin sərnişin respirator tipli maska ilə təmin edilməli, digər sərnişinlərdən məsafə saxlanması şərti ilə təcrid edilməlidir. Həmin 6 yer bunun üçün istifadə olunacaq”.

Beləliklə, təyyarədə arxadakı 2 sıra oturacaqlara bilet satılmayacaq, bu yerlər boş saxlanılacaq. Təyyarə havaya qalxandan sonra sərnişinlərdən kimdəsə virus simptomu aşkar olunarsa, sərnişin təyyarə heyəti tərəfindən digər sərnişinlərdən təcrid ediləcək.

Naxçıvan reysi ilə getmək istəyən sərnişinlər hava limanının ərazisinə xüsusi qaydalar əsasında buraxılacaqlar. Belə ki, Bakı-Naxçıvan reysinə bilet alan sərnişinlər həmin reys üzrə təyyarəyə minik başlanandan sonra Bakı Beynəlxalq Hava Limanının platformasına daxil olacaqlar. Liman ərazisinə daxil olan şəxs öncə qoruyucu maska ilə təmin edilərək yoxlanışdan keçiriləcək. Yoxlanışdan keçəndən sonra sərnişin təyyarəyə buraxılacaq.

Bakı-Naxçıvan reysi üzrə hərəkət edən sərnişinlər üçün yeni qaydalardan biri də sərnişinin uçuşdan qabaq COVİD-19 testindən keçirilməsidir. Bu isə sərnişin bilet alarkən həyata keçiriləcək. Belə ki, hər hansısa bir sərnişin onlayn qaydada bilet sifariş verərkən ona COVİD-19 testindən keçmək tövsiyə ediləcək. Bilet alan sərnişinə COVİD-19 testindən keçmək üçün loboratoriya ünvanı və testdən keçmək üçün müddət müəyyən ediləcək. Sərnişin təyinat üzrə həmin müəssisəyə gedərək orada testdən keçiriləcək və həmin testin nəticələri birbaşa hava limanına göndəriləcək. Testin nəticəsi müayinədən keçdiyi andan sonra 48 saat etibarlı hesab ediləcək. Yəni, testdən keçən sərnişin 48 saatdan gec olmayaraq həmin reyslə getməlidir. Əks halda, sərnişinin keçdiyi COVİD-19 testinin nəticəsi etibarsız hesab ediləcək və o, uçuş üçün yenidən test edilməlidir. Sərnişinlər üçün COVİD-19 testi pulsuz olacaq. Uçuş zamanı COVİD-19 testindən keçən sərnişin təyyarədən düşəndən sonra karantinə alınmayacaq və sərbəst buraxılacaq.

Məlumata görə, iyunun 18-dən etibarən Bakı-Naxçıvan reysi üzrə uçuşlar həftədə 2 dəfə keçiriləcək. Növbəti mərhələdə isə uçuşların sayı artırılacaq.

160×600 Reklam (AdsGarden) Sol

160×600 Reklam (AdsGarden) Sağ