Sabahdan etibarən Bakıda müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılır.
Busaat.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Qeyd olunub ki, xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 8 avqust gecə 00:00-dan müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.
Nəqliyyat vasitələrinin hərəkəti 10 avqust səhər saat 06:00-dan yenidən bərpa ediləcək.