Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 755 $▲0.00%
  • Ethereum2 226 $▼0.47%
  • S&P 5007 377▲0.27%
9°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

Sabiq nazirin müsadirə olunan əmlakı 463 min manata satıldı

image-tia_e521c62bde0e6c33438893a5b126c664_ci3ofyvtraglnks845uj
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Xəbər verdiyimiz kimi, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə olunan 2 mənzili 5-ci dəfə açıq hərrac vasitəsilə satışa çıxarılıb.
Busaat.az  xəbər verir ki, hərrac vasitəsilə satışa çıxarılan mənzillərdən biri satılıb.
Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi, 422-ci məhəllə, ev 53, mənzil 108 ünvanında yerləşən, 370,4 kvadratmetr sahəsi olan mənzil 50 faiz endirimlə 5-ci dəfə satışa çıxarılaraq 463 min 125 manata alıcı tapıb.
Qeyd edək ki, sabiq nazirin mənzilini alan şəxsin kimliyi barədə açıqlama verilməyib.
Onu da bildirək ki, Bakı şəhəri, Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospekti, ev 7A, mənzil 3 ünvanında yerləşən, 61,1 kvadratmetr sahəsi olan 2-ci mənzil isə satılmadığı üçün avqustun 18-də 6-cı dəfə hərraca çıxarılacaq. Bu dəfə mənzilin qiymətində heç bir endirim olmayacaq və mənzil 5-ci hərracda olduğu kimi 175 min manata təqdim olunacaq.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.//Yeniavaz.com
MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=186171