Şagirdlər şəhidlər üçün bir araya gəldi — Videoçarx

Şagirdlər şəhidlər üçün bir araya gəldi — Videoçarxbackend

Son günlər baş verən mənfur düşmən təxribatının önünün alınması yönündə öz canını sipər edən oğullarımızın şəhid olması həm qürur verib, həm də bizi sarsıdıb.

Busaat.az  xəbər verir ki, ölkə vətəndaşları bu məsələyə biganə qala bilmədiyinə görə hər kəs öz imkanı daxilində vətəni üçün müəyyən addımlar atıb.

Bu addımların sırasında illərini müəlliməliyə vermiş 3 ibtidai sinif müəllimələri (Babayeva Şəfa, Mirzəyeva Şəbnəm, Şükürova Natavan) əzm ruhlu şagirdləri ilə ordumuza dəstək üçün bir layihəyə imza atıblar. 5 yaşdan 12 yaşa qədər şagirdlərin hər biri özünə şəhid və qazi adını verərək, videoçarx üçün ekran qarşısına çıxıblar.

Bununla yanaşı, təqdimatdan sonra «Şeron» qrupunun “Torpağın səsi” mahnısını səsyazma studiyasında imkan daxilində səsləndirərək birlik nümayiş etdiriblər. Videoçarxa nəzər yetirəndə uşaqların öz vətəninin şəhid və qazilərinə necə dəyər verdikləri açıq görünür. Bu timsalla bütün şagirdlərin vətənpərvər ruhda tərbiyələndirilməsi və maarrifləndirilməsi olduqca müsbət haldır.

Layihənin ərsəyə gəlməsi 10 gün çəkib. 40-dan çox şagird studiya şəraitində məşqlər edərək ordumuza dəstəyi sevə-sevə nümayiş etdiriblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90