Sahibə Qafarova Fransa rəsmisinə etirazını bildirdi – Foto

Sahibə Qafarova Fransa rəsmisinə etirazını bildirdi – Fotobackend

Noyabrın 12-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Fransa Parlamentinin Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Jerom Lamberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Busaat.az xəbər verir ki, spiker bildirib ki, Ermənistanın növbəti təxribatından sonra cari ilin sentyabrın 27-də Azərbaycan Ordusu əks – hücum əməliyyatına və Dağlıq Qarabağda öz ərazi bütövlüyünü bərpa etməyə başlayıb. Sədr təəssüf hissi ilə qeyd edib ki, müxtəlif səviyyələrdə əlaqələrimizin mövcudluğuna baxmayaraq, Fransa tərəfi, o cümlədən Fransa dostluq qrupunun sədri bu məsələdə Azərbaycanın haqlı mövqeyinə dəstək ifadə etməyib. Əksinə, bir sıra yüksək səviyyəli Fransa rəsmilərinin dilindən Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən fikirlər səslənib. Bu ölkənin Avropa və Xarici İşlər üzrə naziri Jan-İv Lö Drianın son bəyanatı isə Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi qismində mandatına uyğun olmayan, tamamilə qərəzli xarakter daşıyır. Bütün bunlar, təbii olaraq, Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurur. Azərbaycan beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində öz ərazi bütövlüyünü bərpa edib. Bu, ölkəmizin qanuni haqqıdır.

Qəbul üçün minnətdarlığını bildirən Jerom Lamber ölkəmizə dost kimi səfər etdiklərini söyləyib: “Müstəqil Azərbaycanın fransalı dostları Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə sevinirlər”.

Bildirilib ki, dostluq qrupunun üzvləri burada gördüklərini və Azərbaycan tərəfinin fikirlərini Fransa ictimaiyyətinə və öz həmkarlarına çatdıracaqlar.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90