“Sahibkarlara edilən dəstək iqtisadi tənəzzülü yumşaldıb” – Nazir

“Sahibkarlara edilən dəstək iqtisadi tənəzzülü yumşaldıb” – Nazirbackend

“Milli ixrac strategiyası ilə bağlı yeni plan hazırlanıb və yaxın vaxtlarda təqdim olunacaq”.

Busaat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, hökumət tərəfindən pandemiyanın insanlara təsirinin azaldılması üçün görülən tədbirlər, pandemiyadan zərərçəkmiş sahələrdə olan sahibkarlara verilən dəstək nəticəsində iqtisadi tənəzzülü yumşaltmağa nail olunub: “Qeyri-neft sektoru üzrə dövlət büdcəsinə daxil olan vəsait ümumi daxilolmanın 75 %-ni təşkil edir. 811 sahibkara 112 milyon manat güzətşli kredit verilib və kreditlər hesabına yeni iş yerlərinin açılmasına şərait yaradılıb”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90