Samir Abasov “Neftçi”nin baş məşqçisi təyin olunub – RƏSMİ

Samir Abasov “Neftçi”nin baş məşqçisi təyin olunub – RƏSMİbackend

“Neftçi”nin baş məşqçi vəzifəsinə yeni təyinat olub.

Busaat.az xəbər verir ki, klubun Müşahidə Şurasının qərarı ilə komandanı Samir Abasov çalışdıracaq. 42 yaşlı mütəxəssislə 2021/2022-ci illər mövsümünün sonunadək müqavilə bağlanıb.

Qeyd edək ki, Abasov 2003/2004 mövsümündə “Neftçi”də çıxış edib, Azərbaycan çempionatının və kubokunun qalibi olub. O, baş məşqçi kimi “Sumqayıt” (2015-2018) və “Zirə” (2018-2019) klublarında çalışıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90