Savaşın ilk ayı artıq 4 rayonumuz işğaldan azad edilib, digər 3 rayonumuz isə… – Deputat

Savaşın ilk ayı artıq 4 rayonumuz işğaldan azad edilib, digər 3 rayonumuz isə… – Deputatbackend

“Düz 1 ay əvvəl, sentyabrın 27-də Füzuli rayonunda idim. Savaşın ilk günü idi. Əvvəlcə Horadiz şəhərində sakinlərimiz ilə görüşdük, daha sonra bir sıra dövlət qurumlarında qısa müzakirələrimiz oldu. Növbəti günlər Füzuli rayon kəndlərində görüşlərimiz oldu. Savaşın ilk günləri şiddətli döyüşlər Horadiz şəhəri yaxınlığında gedirdi”.

Busaat.az  xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edib.

O bildirib ki, müharibə başlayan gündən mülki vətəndaşlarımız erməni silahlı qüvvələri tərəfindən atəşə tutulurdu, ancaq sakinlərimizin üzündə qələbə inamı var idi: “Heç kimdə panika yox idi. Savaşın ilk günü 7 kəndimiz işğaldan azad edildi. Hamımız bu xəbəri çox sevinclə qarşıladıq. Sentybarın 28-i Füzuli rayonunun Qazaxlar kəndinə getdik və oradan yeni işğaldan azad olunmuş kəndlərimizə qürurla baxdıq. Çox sevincili anlar idi. Savaşın ilk ayı artıq 4 rayonumuz işğaldan azad edilib və digər 3 rayonumuzda müəyyən kəndlər nəzarətimizə keçib.

Təhlükəsizlik səbəbindən rayonda mavi qaz verilişi dayandırılmışdı və işıqda müəyyən fasilələr var idi. Sentyabrın 28-də Horadizdə yaşayan dostlarımızdan biri axşam yeməyinə dəvət etmişdi. Şiddətli döyüşlər gedirdi və şəhər mütəmadi hədəfə alınırdı. Şam yeməyi zamanı dostumuzdan ailəsini təhlükəsiz yerə aparmaq istəyib-istəmədiyini soruşdum. Dostumuzun xanımı cavab verdi: “ Mən Ali Baş Komandanıma və Orduma inanıram. Əminəm ki, Ordum bizi qoruyacaq!”. Bəli, bu gün Füzuli sakinləri və bütövlükdə vətəndaşlarımız cəbhədən gələn xoş xəbərlər ilə bu qüruru bizə yaşatdığı üçün Ali Baş Komandamıza və ordumuza minnətdardır.

Sonrakı günlərdə xeyli əmlak, o cümlədən Horadiz şəhərində olan deputat ofisim də erməni silahlı qüvvələrinin hədəf və atəşlərinə tuş gəldi. Bu gün biz həmin binalar ilə yanaşı, işğaldan azad olunan ərazilərimizin də bərpasını müzakirə edirik.

Allahdan şəhidlərimizə rəhmət, yaralananlara şəfa diləyirik. Qarabağı gözəl günlər gözləyir! Qarabağ Azərbaycandır”!

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90