Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 774 $▲1.04%
  • Ethereum1 814 $▲2.60%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Gündəm

Səfirliyimizdə törədilən terror aktının təfərrüatı - Yeni görüntülər

image-jj
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktının təfərrüatı məlum olub.

Busaat.az  xəbər verir ki, bu barədə Azərbaycan XİN-də keçirilən brifinqdə danışılıb.

Məlum olub ki, terrorçu səfirlik binasında yaşayan əməkdaşların ailə üzvlərinin mənzillərinə də atəş açıb. Onun məqsədi binadakı hər kəsi öldürmək olub.

Hadisə zamanı səfirlik əməkdaşı Vasif Tağıyev özü də terrorçu tərəfindən çiynindən və çənəsindən güllələnib. Belə ki, V.Tağıyev terrorçunun əlindən avtomatı almağa çalışıb. Avtomatın darağını çıxarmağa müvəffəq olub. Bu zaman terrorçu cibindən tapança çıxararaq Vasifi güllələyib.

Lakin Vasif ayıq-sayıqlığını itirməməyə çalışıb. O, terrorçunu binadan çıxarmağa nail olub. Ancaq o, divarı uçuraraq yenidən binaya girib. Bu zaman Vasif onu başından dəmir balonla yaralayıb və yenidən binadan çıxmasına müvəffəq olub. 40 dəqiqə ərzində davam edən insidentə İran polisindən reaksiya verilməyib.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə terror hücumu olub. Nəticədə mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=99621