Şəhid mayor Namiq Əhmədov dəfn olundu

Şəhid mayor Namiq Əhmədov dəfn olundubackend

Ermənistanın təxribatı nəticəsində şəhid olan mayor Əhmədov Namiq Hajan oğlu dəfn edilib.

Busaat.az xəbər verir ki, şəhidin cənazəsi vidalaşmaq üçün əvvəlcə Qazaxın Yuxarı Salahlı kəndinə, doğulduğu evə gətirilib.

Vida mərasimdən sonra N.Əhmədovun cənazəsi kənd qəbiristanlığına aparılaraq dəfn edilib.

Qeyd edək ki, iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.

Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib./Report/

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90