Şəhidimizlə vida mərasimi keçirilir – FOTO/VİDEO

Şəhidimizlə vida mərasimi keçirilir – FOTO/VİDEObackend

Tovuz rayonun Qazıqulu kəndində şəhid Elşən Məmmədovla vida mərasimi keçirilir.

Busaat.az  xəbər verir ki, şəhidin yaşadığı evdə izdiham yaşanır.

Şəhidimizlə vidalaşmağa rayon sakinləri ilə yanaşı, rəsmi şəxslər də gəlib.

Şəhidimiz doğulduğu Qaziqulu kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub. 38 yaşlı şəhidin 3 oğlu var.

https://www.facebook.com/rauf.ym/videos/3449176595105477/

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90