Şəhidin atası vəfat etdi – Foto

image-670541180_942818165302883_3287612737152594834_nbackend

Vətən müharibəsi şəhidi, kapitan İlkin Nəcəfovun atası Misirxan Nəcəfov vəfat edib.

Busaat.az xəbər verir ki, o, yaşadığı Salyan rayonunda dünyasını dəyişib.

Qeyd edək ki, İ.Nəcəfov 1989-cu ildə Salyanın Şikarlı kəndində anadan olub. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirdikdən sonra zabit kimi xidmət edib. 2020-ci il oktyabrın 16-da Hadrut istiqamətində gedən döyüşlərdə yaralanmış əsgərini döyüş meydanından çıxararkən qəhrəmancasına şəhid olub.

“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.
z 7sf 3238760398


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki