Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft96.17 $▲0.56%
  • WTI neft88.64 $▲0.44%
  • Avropa qazı (TTF)92.47 €▼1.32%
  • Təbii qaz (ABŞ)3.270 $▼1.86%
  • Qızıl3 900 $▼0.44%
  • Gümüş50.02 $▼0.46%
  • Pambıq78.95 ¢▲0.52%
  • Buğda595.75 ¢▲0.76%
  • Bitcoin69 224 $▼3.01%
  • Ethereum1 958 $▼2.96%
  • S&P 5007 592▼0.33%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Sağlamlıq

Səhiyyə Nazirliyindən Azərbaycanda yayılan virusla bağlı açıqlama: “5-7 gün çəkir, əlamətləri…”

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Səhiyyə Nazirliyi son günlər əhali arasında yayılan virusun adını açıqlayıb.

Busaat.az  xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov məlumat verib.

Onun sözlərinə görə, bu gün Bakıda insanlar arasında daha çox rast gəlinən ishal, qusma, qarın ağrısı və yüksək temperatur kimi simptomlar heç də qida zəhərlənməsi halı deyil:

“Bu kimi şikayətlərlə bizə müraciət edənlərin heç də hamısını müayinədən keçirə bilmirik, çünki çox vəsait tələb edir. Həmin simptomlar böyük ehtimal virus mənşəli infeksiya olan rotavirusdur. Pasiyentlərə məsləhət görürük ki, bu halda antibiotik terapiyadan uzaq dursunlar. Tövsiyə edirəm ki, sadalağımız hallarda yalnız bol maye qəbul etsinlər, süd məshulu və kofein qəbulunu dayandırsınlar. Çünki həmin infeksiyanın stabilləşməsi təxminən 5-7 gün çəkir. Əgər həmin müddətdən sonra düzəlmə olmasa, onda mütləq şəkildə həkimə müraciət edilsin”.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=84621