“Səhvini etiraf etmirsənsə, kişi deyilsən” – Neymar

“Səhvini etiraf etmirsənsə, kişi deyilsən” – Neymarbackend

PSJ-nin futbolçusu Neymar Fransa Liqasının 3-cü turunda “Marsel”lə matçdan sonra (0:1) rəqibin oyunçusu İvaro Qonzalesin ona qarşı irqçilik etdiyini bildirib.

Sportfan.az Fransa mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçu 30 yaşlı müdafiəçinin ona “qara” dediyini və günahını etriaf etmədiyini söyləyib. Neymar həmin məsələyə görə öz Tvitter hesabında paylaşım edərək,  bunları yazıb:

“Səhvini etiraf etmirsənsə, kişi deyilsən. Məğlub olmaq idmanın bir hissəsidir, irqçilik və təhqir isə yox. Mən sənə hörmət etmirəm. Sənin kişiliyin çatmır. Kişi ol, dostum. İrqçi!”

Bundan əlavə, Qonzalesin başqa bir PSJ oyunçusuna “çirkin meymun” və s. kimi sözlər deyərək təhqir etdiyi iddia olunur.

Qeyd edək ki, Neymar “Marsel”lə görüşdə Qonzalesin başına yumruq vurduğu üçün meydandan qovulmuşdu.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90