Şəmkir rayonu üzərində erməni hərbi PUA-sı vuruldu- SON DƏQİQƏ

Şəmkir rayonu üzərində erməni hərbi PUA-sı vuruldu- SON DƏQİQƏbackend

Sentyabrın 20-də saat 23 radələrində Şəmkir rayonu ərazisində güclü partlayış səsi eşidilib.

Bu barədə Musavat.com-a Şəmkir rayon sakinləri məlumat verib. Məlumatda bildirilir ki, iki güclü partlayış səsi ard-arda eşidilib.

Musavat.com yayılan xəbərlə bağlı araşdırma aparıb.

Əldə etdiyimiz qeyri-rəsmi məlumata görə qeyd edilən saatda Şəmkirə rayonu ərazisində erməni hərbi PUA-sı (Pilotsuz Uçuş Aparatı) məhv edilib.

Məlumata erməni PUA-sı Azərbaycan hərbi qüvvələri tərəfindən məhv edilib. Vurulan hərbi PUA Şəmkir rayonun Sabirkənd kəndi ərazisinə düşərək partlayıb.

Bildirilir ki, PUA ermənilərlə sərhəd istiqamətində vurulub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90