Sərt karantin rejimi uzadılacaq? (RƏSMİ AÇIQLAMA)

Sərt karantin rejimi uzadılacaq? (RƏSMİ AÇIQLAMA)backend

8 rayon və şəhərdə tətbiq edilən sərt karantin rejiminin uzadılıb-uzadılmaması situasiyadan asılı olacaq, bu, hələlik müzakirə olunmur.

Busaat.az Modern.az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ.Məmmədov qeyd edib ki, hələ qarşıda 1 həftə var:

“Situasiyadan asılı olaraq, vəziyyətə müvafiq qərar veriləcək. Bu barədə də ictimaiyyət məlumatlandırılacaq”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90