Sfera.az saytına təzyiqlər başlayıb

Sfera.az saytına təzyiqlər başlayıbbackend

Saytımızda paytaxtın Nərimanov rayonu ərazisində yerləşən, 2013-cü ildə Ulu Öndər Heydər Əliyevin 90 illiyi münasibətilə salınmış parkın dağıdılması, burada yaşıllıqların məhv edilməsi və obyektlərin tikilməsi ilə bağlı məqalə dərc edilib.

Məqaləninin dərcindən sonra Sfera.az saytına qarşı təzyiqlər artıb. Görünür hələ də həqiqətləri gizlətməyə maraqlı olan, yaşıllıqları məhv edənləri himayə edən qüvvələr var.

 

Prezident İlham Əliyev xəbərləri internet üzərindən bilavasitə özünün oxuduğunu deyib: “Bəzi məlumatları məndən gizlətməyə çalışırlar, amma mənim bütün məlumatlardan xəbərim var. Çünki mən media və saytlar vasitəsilə o məlumatları izləyirəm, oxuyuram. Bu baxımdan əməkdaşlığımızın davam etməsində maraqlıyam”.

 

Bundan başqa, prezident idarəetmədə islahatlara ehtiyac olduğunu vurğulayıb. İ. Əliyev bu məsələdə medianın dəstəyinə və köməyinə ehtiyac olduğunu bildirib.

 

Qeyd edib ki, Azərbaycan dövləti internet resurslarının güclənməsinə və ən tirajlı media internet resurlarının xarici dillərdə versiyalarının yaradılmasına çalışacaq və bu işdə media vasitələrinə hər cür dəstək verəcək.

 

Əgər Ulu Öndərin 90 illiyində əkilmiş bir park, bir mənəvi miras dağıdılırsa bu ilk növbədə dövlətin problemidir.

 

Aidiyyatı orqanlar isə bu qanunsuzluğu aradan qaldırmaq üçün hərəkətə keçmək əvəzinə saytdan xəbəri sildirmək üçün növbəyə düzülüblər

 

Kimi himayə edirlər?

 

Kimdir bu işin arxasındakı maraqlı tərəf? Bəlkə obyektləri tikənlər? Bu obyektləri tikənlərin pul qazanmaq hərisliyi Ulu Öndərin irsindən daha önəmlidirmi?

 

 

Sözügedən yazını təqdim edirik.

 

***

 

Bu gün paytaxt Bakıda yaşıllıq zolaqlarının məhv edilməsi özünün mənfi fəsadlarını göstərməkdədir. Məmur özbaşınalığı ilə müşahidə edilən bu arzuolunmaz tendensiyanın durdurulması yönündə atılan addımlara baxmayaraq belə hallarla tez-tez qarşılaşırıq.

 

 

Sfera.az-ın məlumatına görə, 2013-cü ildə salınmış və Ulu Öndər Heydər Əliyevin 90 illiyinə töhfə olaraq düşünülmüş park dağıdılır, yerində isə obyektlər tikilir.

 

Belə ki, Bakı şəhərinin Nərimanov rayonunun Qafur Murad, Aşıq Molla Cümə, Məsud Əlizadə küçələrinin kəsişməsində Ulu Öndər Heydər Əliyevin 90 illiyi münasibəti ilə salınmış və yaşıllıqlarla əhatələnmiş parkdakı ağaclar qurudularaq yox edilir.

Xatırladaq ki, sözügedən parkın salınmasından ötən 7 il ərzində hər il 10 May – Heydər Əliyevin doğum günündə Yeni Azərbaycan Partiyasının rəhbər şəxsləri və sıravi üzvləri burada çoxsaylı şam ağacları əkib.

 

Parkda bu gün müşahidə edilənlər isə sadəcə olaraq təəssüf doğurur. Ərazidən çəkilmiş foto və videodan da göründüyü kimi Heydər Əliyevin 90 illiyinə həsr olunmuş parkın ağacları qurudulur və yerində gördüyümüz obyektlər tikilir.

Ərazidə olan əməkdaşımız ətrafda yaşayan sakinlərlə söhbətləşib. Onlardan bu ərazidə inşaat işlərini hansı şirkətin aparması haqda məlumat almaq isə mümkün olmayıb. Sakinlər bildirir ki, həmin şirkətin adı sirr kimi gizli saxlanılır.

 

Qeyd edək ki, araşdırmamız onu göstərdi ki, obyektlərin sərəncamı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilib.

 

Həm Ulu Öndər Heydər Əliyev, həm də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəxsi mənfəət naminə yaşıllıqların məhv edilməsinin bağışlanmaz xəyanət olduğunu qeyd edib.

Görəsən bu xəyanətə bais olmuş rəsmi şəxslər buna nə cavab verəcək?

.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90