Si Tsipin Səudiyyə Ərəbistanına üç günlük səfərə gəlib

image-defaultbackend

Çin prezidenti Si Tsipin çərşənbə günü üç günlük səfər üçün Səudiyyə Ərəbistanına gəlib.

Busaat.az xəbər verir ki, bu Tsipinin 2016-cı ildən bəri krallığa ilk səfəridir.

Səfər çərçivəsində Səudiyyə Ərəbistanı kralı Salmanın sədrliyi və vəliəhd şahzadə Məhəmməd bin Salmanın da iştirak edəcəyi ikitərəfli zirvə toplantısı keçiriləcək.

Tsipin, həmçinin, Körfəz Əməkdaşlıq Şurasının liderləri ilə sammitdə və digər Yaxın Şərq ölkələrinin liderləri ilə danışıqlarda iştirak edəcək.

Çin liderinin gəlişi Səudiyyə Ərəbistanı ilə ABŞ arasında enerji siyasətindən tutmuş regional təhlükəsizlik və insan haqlarına qədər müxtəlif mövzularda gərginliyin artması ilə eyni vaxta təsadüf edib.

Qeyd edək ki, uzun müddətdir davam edən tərəfdaşlığa ən son zərbə oktyabr ayında, OPEC+ hasilatı gündə iki milyon barel azaltmağa razılaşdıqda dəyib. Belə ki, Ağ Ev bu OPEC+-ın bu qərarını Rusiyaya dəstək kimi qiymətləndirib və bunu Ukraynadakı müharibədə “Rusiyaya qoşulmaqla” eyni hesab edib.

Bazar günü OPEC+ sözügedən qərarın icrasını saxlamaq qərarına gəlib.

Çin Səudiyyə Ərəbistanının ən böyük xam neft alıcısıdır və Səudiyyə neftinin dörddə birini alır.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90