Şimali Koreya ölkələrlə əlaqələri genişləndirəcək – Kim Çen In

Şimali Koreya ölkələrlə əlaqələri genişləndirəcək – Kim Çen Inbackend

Şimali Koreya lideri Kim Çen In KXDR-in xarici dünya ilə əlaqələrini genişlətməli olduğunu bildirib.

Busaat.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Kim Çen In 5 illik fasilədən sonra paytaxt Pxenyanda keçirilən Koreya İşçi Partiyasının 8-ci Qurultayının üçüncü iclasında çıxışı zamanı “Ölkə xarici əlaqələrini hərtərəfli genişləndirməli və inkişaf etdirməlidir“,- deyə qeyd edib.

Mövcud vəziyyətin və dəyişən zamanın tələbi olaraq Cənubi Koreya ilə münasibətləri də nəzərdən keçirdiyini dilə gətirən Kim, Gənclər Birliyi də daxil olmaqla ölkədəki işçi təşkilatlarını vəzifələrini yerinə yetirmədiklərinə görə tənqid edib. O, Gənclər Birliyinin ideoloji təhsili digər bütün vəzifələrdən üstün tutmalı olduğunu vurğulayıb

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90