SMS icazə yenidən bərpa olunan bilər KORONAVİRUS BİTMİR…

SMS icazə yenidən bərpa olunan bilər KORONAVİRUS BİTMİR…backend

Bildiyimiz kimi, koronavirus infeksiyasına yoluxma statistikası artmağa davam edir. Bəs, SMS icazə sistemi yenidən bərpa oluna bilər mi?

Redaktor.az-a açıqlamasında professor Adil Qeybulla bildirib ki, bu, mümkündür. Çünki karantin davranışlarına ciddi nəzarət həyata keçirilməlidir:

“Əgər virusa yoluxma halları artarsa, yenidən məhdudlaşdırıcı addımlara getmək məcburiyyəti yarana bilər. Məlumdur ki, bir neçə rayonda bununla bağlı müəyyən sərt karantin tədbirləri həyata keçirilir. Ola bilər ki, bu coğrafiya biraz  genişləsin. Təbii ki, bu da statistikadan asılı olacaq. İnsanlar qapalı məkanlarda qaydalara əməl etsələr, bu problemlər yaşanmaz. Nəzərə  almaq lazımdır ki, xəstəliyin mənbəyi xəstə insandır. Yoluxmalar xəstə insanlardan keçməklə yayılmağa başlayır. Bu baxımdan sosial məsafə əsas məsələdir”.

İnfeksionist Vüqar Cavadzadə isə bildirib ki, hazırda kifayət qədər tədbirlər görülüb:

“Metroların bağlanması, həftəsonu nəqliyyatın işləməməsi, kafe-restoranların qismən çalışması – bir sözlə, dövlət tərəfindən müəyyən tədbirlərin həyata keçirilməsi davam edir.

Burada əsas məsuliyyət vətəndaşların üzərinə düşür. İnsanların bir qismi gigiyena qaydalarına riayət etmir, epidemik vəziyyəti nəzərə almır, maskalardan düzgün istifadə etmirlər. Bu günlər ərzində döyüş bölgəsində baş verən proseslərlə bağlı virusa əhəmiyyət verilmir, əhalinin fikri daha çox həmin hadisələrə yönəlib. Tələb olunan qaydalara əməl edilsə, artımlar da müşahidə edilməyəcək və sərt karantinə də ehtiyac olmayacaq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90