Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də Mirzəyev Nurlan Akif oğludur. O, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Xaçmaz Regional qaz istismarı İdarəsinin Quba xidmət sahəsində çalışıb. Vətən müharibəsi başlayan gündən Nurlan da cəbhəyə yollanıb. 2020-ci ilin oktyabr ayının 18-də Qubadlı, Ağdam və Xudafərin istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Anım Günü ilə əlaqədar Birliyin Xaçmaz RQİİ-nin rəhbərliyi şəhidin abidəsini ziyarət edib, daha sonra ailə üzvləri ilə görüşərək onların qayğıları ilə maraqlanıb.
SOCAR “Azəriqaz” İB-nin şəhid əməkdaşı anıldı

Bu bölməyə aid digər xəbərlər
Goranboy rayonunun Eyvazlılar kəndində yeni yaşayış massivində yaşayırıq. 8 fərdi yaşayış evi qaz xəttindən 480 metr məsafədə yerləşir. Sizdən xahiş edirik ki…
“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 13 oktyabr saat 11:00-da başlayacaq. Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı…
“Səyyar qəbul otağı” həftədə 1 dəfə ölkədə fəaliyyət göstərən sahibkarlar üçün təşkil olunur ki, bu gün də bu fürsətdən Samux rayonunda fəaliyyət göstərən…
SOCAR “Azəriqaz” İB rəhbərliyinin Göygöl rayonunda vətəndaş qəbulu keçiriləcək. Bu barədə Busaat.az-a qurumun mətbuat xidmətindən bildirilib.
“Açıq mikrofon” aksiyasının Naftalan şəhərində keçirilən növbəti sayında ümumilikdə 5 nəfər mikrofon önünə çıxıb. Buna baxmayaraq cəmi 2 müraciət qaz…
Busaat.az xəbər verir ki, Gəncə şəhərinin Gülüstan qəsəbəsində təşkil olunan "Səyyar qəbul otağı"nda ən çox səslənən müraciət fərdi yaşayış evinin…