SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirildi – Fotolar

image-mikayelbackend

Bu gün Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Bu barədə Busaat.az şirkətə istinadən xəbər verir.

Məlumata görə, Şuranın sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov toplantı iştirakçılarını 28 May – Respublika Günü münasibəti ilə təbrik edib: “Bu il Respublika Gününü Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı qələbə qazanan qalib dövlətin, güclü və müstəqil Azərbaycanın vətəndaşları olaraq qeyd edirik”.

İclasda dövlət başçısının fərman və sərəncamlarından irəli gələn vəzifələrin icrasının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər müzakirə edilib. Daha sonra ötən iclasda verilmiş tapşırıqların yerinə yetirilməsi vəziyyəti barədə SOCAR-ın təqdimatı dinlənilib, şirkətin bu il üçün maliyyə planının icrası ilə bağlı fikir mübadiləsi aparılıb.

Müşahidə Şurası ölkə prezidentinin “SOCAR-ın idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 2021-ci il 23 yanvar tarixli Fərmanına əsasən yaradılıb.

 


Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90