Son 5 ildə yeni əhali abonentlərinin sayı yarım milyonu keçib

Son 5 ildə yeni əhali abonentlərinin sayı yarım milyonu keçibbackend

2020-ci il üzrə ölkədə qazlaşdırma işlərinin aparılmasına dair Dövlət Proqramının icrası davam etdirilir. Artıq 14 yeni yaşayış massivi qazlaşdırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən Busaat.az-a verilən məlumata görə, hazırda 30 yaşayış məntəqəsi, 27 yeni yaşayış massivində qazlaşdırma aparılır. Bu işlər əsasən Gəncə şəhəri, Daşkəsən, Göygöl, Samux, Abşeron, Xızı, Siyəzən, Şabran, Ağdaş, Göyçay, Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarını əhatə edir.

Qeyd edək ki, 2015-2020-ci illərdə dövlət büdcəsindən SOCAR-a ayrılmış vəsait hesabına ölkənin müxtəlif bölgələrində 301 min əhali abonentini əhatə etməklə, 905 yaşayış məntəqəsi və 51 yeni yaşayış massivi qazlaşdırılıb. Həmin dövrdə müxtəlif bölgələrdə ümumilikdə 27 395 km yeni qaz xətti çəkilib. Bundan əlavə olaraq, Birlik də imkanlarını səfərbər etməklə qaz təsərrüfatı şəbəkəsində genişmiqyaslı işlər görüb. Bu işlərin və fərdi qazlaşdırmaların nəticəsində 2015-2020-ci illərdə 274 min yeni əhali abonenti təbii qazla təmin olunub.

Qaz təchizatı şəbəkəsində yenidənqurma və əsaslı təmir işlərinin aparılması zamanı son 5 ildə “Azəriqaz” İB daxili imkanlar hesabına müxtəlif bölgələrdə ümumən 2610 km qaz xəttini yenidən qurub.  Müqayisə aparsaq, 2015-ci ilin əvvəlində əhali abonentlərinin sayı 1 milyon 710 min, 2020-ci ilin iyul ayının 1-nə isə 2 milyon 285 minə yaxın olub. Yəni əhali abonentləri üzrə 570 mindən çox artım var. Ölkədə sayğaclaşma səviyyəsi 100% təşkil edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90