SON DƏQİQƏ! DTX daha bir icra hakimiyyətinə girdi – ƏMƏLİYYAT/İLK FOTO

SON DƏQİQƏ! DTX daha bir icra hakimiyyətinə girdi – ƏMƏLİYYAT/İLK FOTObackend

12:28

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirir.

Busaat.az-ın məlumatına görə, İmişli RİH başçısı Vilyam Hacıyevin otağında axtarış aparılır.

Əməliyyat barədə hələlik rəsmi məlumat açıqlanmayıb. 

Qeyd edək ki, V.Hacıyev uzun müddətdir ki, İmişliyə rəhbərlik edir.

Onun haqqında ölkə mediasında müxtəlif vaxtlarda qalmaqallı yazılar dərc olunub.

İH başçısının və müavinlərinin sonrakı taleyi haqqında məlumat veriləcək.

***

İmişli rayon İcra Hakimiyyətinin ömümdən foto yayılıb.

Fotoda Dövlət Təhlükəsizliyi Xidmətinin İcra hakimiyyətində əməliyyat keçirən əməkdaşlarının istifadə etdiyi DTX maşınları əks olunub.

Fotonun müəllifi Ruslan Eldaroğludur.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90