SON DƏQİQƏ: Londonda türk prezidentə hücum edildi

image-1654620727_tatar-1backend

Londonda Şimali Kiprin prezidenti Ersin Tatara hücum cəhdi olub.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, hücumdan sonra mövzu ilə bağlı açıqlama verən Tatar deyib:

“Kıbrıs Rumdur, Tatara ölüm” şüarları ilə yolumuzu kəsdilər. Polis olmasaydı, bizə hücum edərdilər”.

Kings Kollecində konfransa gedən Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) prezidenti Ersin Tatara yunan və rum gənclər, əllərində pankartlarla etiraz aksiyası başladıb.

Prezident Tatarın maşını binaya yaxınlaşdığı anda etiraz edən gənclər “Türkiyə Kiprdən çıxsın. Türklərə və Tatarlara ölüm” şüarları səsləndirərək maşının qarşısını kəsməyə çalışıblar.

Prezidentin mətbuat müşaviri Aydın Akkurt sosial media hesabından mövzu ilə bağlı açıqlama verib:

“Londondakı Kings College-də Kipr məsələsi ilə bağlı konfrans verməyə gedən prezident Ersin Tatarın karvanına yunanlar və rumlar hücum edib. Yunan bayraqları daşıyan yunanlar və rumlar “Türklərə və tatarlara ölüm, Türkiyə Kiprdən çıxsın” şüarları səsləndirib. Hadisə yerində olan türklər hücuma cavab verib”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90