SON DƏQİQƏ: Müdafiə Nazirliyi təyyarəmizin vurulması xəbərini təkzib etdibackend

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır.

Busaat.az xəbər verir ki, bu açıqlamanı Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib:

Ermənistan tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır. Bildirirəm ki, Azərbaycan Ordusunun bütün aviasiya vasitələri yerindədir və işləkdir.