Son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır

image-2backend

Bu gün Azərbaycanın hər bir bölgəsində, xüsusilə də Bakı şəhərində quruculuq işləri həyata keçirilir. Bakının davamlı inkişafı, memarlq üslubunun və tarixinin qorunması hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olub.

Bakı şəhəri sürətlə müasirləşir, paytaxtın siması gündən-günə göz oxşayır. Həmçinin Bakı kəndlərinin sosial inkişafı, müasir infrastrukturun qurulması prosesi gedir. Bakının ətraf kənd və qəsəbələrinin tarixinin qorunmasına da ciddi önəm verilir. İnsanların həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət proqramları həyata keçirilir.

Əmircan, Buzovna, Mərdəkan, Türkan, Zirə, Şüvəlan, Binə və digər ərazilərdə də paralel aparılır: “Bu layihələr təkcə infrastruktur imkanlarının genişləndirilməsi deyil, həm də insanların məmnunluğu, tarixi abidələrin qorunub saxlanması baxımından önəmlidir. Eyni zamanda, əhalinin sosial rifahının yüksəldilməsi, təhsil, səhiyyə xidmətlərinin müasirləşməsi istiqamətində də işlər davam edir və bu, dövlətimizin əsas prioritetlərindən biridir.

Ölkəmizdə regionların inkişafı, o cümlədən Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri cənab Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir

Şamaxı rayonunda da bərpa-quruculuq işləri davam etdirilir. Əhalinin ən çox ziyarət etdiyi müqəddəs ocaqlardan biri, Pirsaat Baba ziyarətgahının divarlarında 2019-cu ildə baş verən zəlzələdən sonra çatlar əmələ gəlmişdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2020-ci ildə burada bərpa-yenidənqurma işlərinə və yeni məscid binasının inşasına start verilib. Həyata keçirilmiş işlər nəticəsində tarixi abidə və müqəddəs ziyarətgah-məscid kompleksi qısa müddətdə yenidən qurulub.

Naxçıvan şəhərində də hər il genişmiqyaslı tikinti-quruculuq işlərinin aparılması, abadlıq tədbirlərinin həyata keçirilməsi muxtar respublika paytaxtının simasını əsaslı dərəcədə dəyişdirib, şəhər Avropa və Şərq memarlığı ənənələrinin yaşadıldığı bir paytaxta çevrilib.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı layihələrin icrası davam edir. Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş bütün əraziləri əhatə edən yol şəbəkəsi qurulur. Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Xudafərin-Qubadlı, Laçın, Qubadlı-Eyvazlı, Füzuli-Ağdam yolları ən müasir standartlar səviyyəsində inşa olunur.

Ağdam Sənaye Parkının,  Laçın Beynəlxalq Hava Limanının Füzulidə çoxmənzilli yaşayış məhəlləsinin, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin, Dövlətyarlı kəndində “Ağıllı kənd”in, Zəngilan rayonunda “Ağıllı kənd”in, Beynəlxalq Hava Limanının, Rəqəmsal Yarımstansiyanın, “Dost Aqropark”ın təməli qoyulub.

12.08.2022-ci ildə İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsmayılllı şəhərinə səyahət ediblər. Onlar Basqal Dövlət  tairixi memarlıq qoruğundakı bərpa işləri ilə tanış olublar.

Dövlət başçımızın tapşığı ilə tarixi mədəni irsin bərpası və qorunub saxlanması,həmçinin turizmin inkişaf etdirilməsini nəzərə alaraq 1989-cu ildə yaradılan Basqalda geniş miqyaslı işlər görülmüşdür. Orafa yerləşən tairixi mağazalara getmişdirlər.

Basqalın mərkəzi hesab edilən,orta əsrlər yol mədəniyyətinə xas olan pilləkanvari və daş döşəməli yolları,ənənəvi hasarların və qədimi taxta qapı darvazaların qorunaraq saxlanıldığı,8 tarixi məhəllənin birləşdoyi Bazar meydanın abadlaşdırılmasına xüsusi diqqət yetirilib.

1854-cü ildə tikilən tarixi-memarlıq abidəsi olan Hacıbədəl məscidi, XV əsrə aud edilən 2020-ci ildə arxeoloji qazıntılar nəticəsində aşkar edilən və tarixi üslubda yenidən tikilən Pirçinar bulağı və onlarla tarixi abidələr haqqında məlumatlar əldə edilib.

 

ADPUƏliyeva Mətanət Məmmədhüseyn qızı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90