Şortikdə gəldiyi üçün imtahana buraxılmadı- “Camaatın anası, bacısı var” – BDYP-dən ŞİKAYƏT

Şortikdə gəldiyi üçün imtahana buraxılmadı- “Camaatın anası, bacısı var” – BDYP-dən ŞİKAYƏTbackend

Baş Dövlət Yol Polisinin qeydiyyat və imtahan binasına daxil olmaq istəyən vətəndaş polisin qəzəbinə səbəb olub.

Busaat.az  xəbər verir ki, bu barədə Farid Pardashunas adlı sosial şəbəkə istifadəçisi paylaşım edib.

O, Baş Dövlət Yol Polisinin qeydiyyat və imtahan binasına daxil olmaq istəyərkən qapıda dayanan polisin etirazı ilə üzləşib. Səbəbini soruşduqda isə içəridə ana, bacı var deyə bildirib.

“Bu yaxınlarda sürücülük vəsiqəsi imtahanı üçün Baş Dövlət Yol Polisinin qeydiyyat və imtahan binasına getmişdim. Sənədlərim əvvəldən verilmişdi, ödənişi edib imtahan zalına keçmək üçün binaya daxil olanda qapıda dayanan Polis məni içəri buraxmadı. Səbəb isə əynimdə şortik olması idi. Qeyd etdi ki, qanunda olmasa da rəisin şəxsi qərarı ilə şortikdə gələn oğlanlar binanın həyətinə girə bilməzlər, nəinki imtahana. Bu barədə qanunun olmadığını və DYP saytında hər hansı qeydin olmadığını vurğulayanda, bildirdilər ki, bunun üçün qərara ehtiyac yoxdur. İçəridə ana, bacı var. Bu içtimai asayişin pozulmasıdır. İçəridə dar şortik geyinən qızları göstərtərsəm də, Polis qətiyyətlə məni oradan uzaqlaşdırdı. Beləcə qanunda olmadığı halda, dövlət müəssisəsində imtahan vermək hüququmdan istifadə edə bilmədim. Dövlət Yol Polisi bununla bağlı rəsmi açıqlama verməli və qanun, qaydaları ən azından saytda yerləşdirməlidir. Etik kodekslər necə müəyyən olunur? İmtahan dress kodu nədir? Hansı ölçüyə qədər şalvar geymək olar? Sinə tükü görünəndə nə etmək lazımdır?”, – deyə sosial şəbəkə istifadəçisi qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90