Stoltenberq ilk “M1 Abrams” tanklarının Ukraynaya gəlməsini alqışladı

image-yens-stoltenberqbackend

NATO-nun baş katibi Yens Stoltenberq ABŞ istehsalı olan “M1 Abrams” tanklarının Ukraynaya gəlişindən məmnunluğunu ifadə edib.

Busaat.az-ın məlumatına görə, Stoltenberq və Latviyanın yeni baş naziri Evika Siliņa NATO-nun mənzil-qərargahında görüşdən sonra mətbuata açıqlama veriblər.

“Ukraynanın əks-hücumları davamlı irəliləyişlə davam edir. Bəzi bölgələrdə Ukrayna qüvvələri Rusiyanın müdafiəsini aşdı, lakin Putinin hədəflərinin dəyişdiyinə dair heç bir əlamət görmürük. Ona görə də daimi sülh mümkün deyil. Ən yaxşı yol Ukraynaya dəstəyimizi artırmaqdır”, – Stoltenberq söyləyib.

O, Ukraynaya çatan ilk Amerika  “M1 Abrams” döyüş tankları kimi müttəfiqlər tərəfindən göstərilən yardımı alqışladığını vurğulayıb.

Latviyanın Baş naziri Siliņa da Ukraynanı əsgərlərinə təlim və müalicə verməkdən tutmuş xalqını qarşılamağa qədər hər sahədə dəstəkləməyə davam edəcəklərini vurğulayıb. Həmçinin, Latviyaya qoşun yeritmək təşəbbüsünə görə Danimarka və Kanadaya təşəkkür edib.

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ istehsalı olan “M1 Abrams” tanklarının sentyabrın 25-də ölkəsinə gəldiyini açıqlayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki