Sudanda vəba epidemiyasında həyatını itirənlərin sayının 1000-i keçdiyi bildirilib.
Busaat.az xarici mediaya istinadla xəbər verir ki, epidemiyaya yoluxanların ümumi sayının 38 min 817-yə çatdığı qeyd edilib.
Həmçinin, vəba epidemiyasında həyatını itirənlərin sayı 1072-yə yüksəlib.
Qeyd edək ki, Sudanda iyun ayında başlayan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.
Zeyd Bağırzadə