Sülhməramlıların komandanının ermənilərlə görüşü – Ermənilər nədən narahatdır?

image-thumb600x0-1backend

Rusiya sülhməramlılarının komandanı Andrey Volkov Qarabağdakı ermənilərlə görüşüb. Masaya Rusiya, Azərbaycan və Ermənistanın bayrağı qoyulub. Volkovun ermənilərlə keçirdiyi ilk görüşdə qondarma rejimin bayrağı masaya qoyulmayıb. Bu, pozitiv addımdır.

Bəzi ekspertlərin fikirlərinə görə, görüşdə hətta Ermənistanın bayrağı da masaya qoyulmamalı idi. Amma bu yanlış yanaşmadır. Çünki 2020-ci il 10 noyabr razılaşmasının üç iştirakçısı var, onlardan biri də Ermənistandır. Ermənistanın üçtərəfli razılaşmadan irəli gələn tələbləri yerinə yetirməməsi görüşün protokol qaydalarını dəyişə bilməz.

Həmçinin, masaya erməni bayrağının tərsinə qoyulması sosial şəbəkələrin Ermənistan seqmentində ciddi müzakirələrə səbəb olub. Ermənilər buna görə Rusiyanı ittiham edirlər. Eyni zamanda, iki gün öncə iki yüksəkliyi götürməyimiz ermənilərdə Rusiyaya qarşı aqressiyanı daha da artırıb. Onlar düşünürlər ki, sülhməramlıların yerləşdiyi ərazidə Azərbaycanın iki strateji yüksəkliyi götürməsi həm də Rusiyanın razılığı da reallaşıb.

Son günlər baş proseslərin təhlili göstərir ki, Rusiya Qarabağda davamlı təxribatlar həyata keçirsə də, Azərbaycana müsbət mesajlar və açıq dəstək də verir. Qarabağda daha ciddi nəticələrin əldə olunması üçün Rusiya ilə mütəffiqliyin səmimi davam etdirilməsi vacibdir,

Bundan sonra da Kremllə dil tapmağımız Ermənistanı daha da uğursuz və məğlub hala gətirə bilər. Rusiya bir sıra postsovet ölkələrinə hərbi təcavüzlə, işğalla daxil olub. Amma Azərbaycana sülhməramlı missiyasında daxil oldu. Rusiyanın daxil olduğu yeganə ölkə olduq ki, ərazi itirmədik, işğala məruz qalmadıq, əksinə ərazilərimizi geri aldıq. Aqressiyasız, təmkinli və strateji addımlarla Rusiya sülhməramlılarının ərazilərimizdən çıxmasına nail olmalıyıq.

Müəllif: Samir Feyruzov

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90